Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan , dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2011-ci il mayın 1-dən orta hesabla 20 faiz artırılıb.