Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 28 ? 30 aprel 2011 ildə Belorusiyanın aparıcı müxalifət partiyası olan, Belorus Liberal Demokrat Partiyasının (BLDP) qurultayında iştirak etmək üçün dəvət alıb. Belə ki, ALDP sədri Fuad Əliyev əməkdaşlıq etdiyi BLDP sədri Sergey Gaydukeviç tərəfindən BLDP qurultayda iştirak etmək üçün dəvətini qəbul edib. Qurultayda ALDP sədri Fuad Əliyevin çıxışı və mətbuatla görüşü nəzərdə tutulub.