Müsavatın qərargahına polis gəldi
Aprelin 26-da Bakı şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı Müsavat Partiyasının qərargahına gəlib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, 5 nəfərdən yalnız biri ? Cavid Abbasov özünü təqdim edib.
?Onlar rəhbərliklə görüşmək istədiklərini bildirdilər. Biz onlara dedik ki, hazırda İsa Qəmbərin otağında İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilir. Onlar bizdən toplantıda iştirak edənlərin siyahısını istədilər?.
G.Aslanlı deyir ki, polis əməkdaşları İctimai Palatanın sənədləri ilə maraqlanıblar.
Müsavat başqanı İsa Qəmbər deyib ki, əməliyyatçılara nə lazımdırsa verilsin, axtarışa ehtiyac yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51