Bakıda Xəzərin statusunun müəyyənləzdirilməsi üzrə iclas keçirilir
Bu gün Bakıda Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı sahilyanı ölkələrin işçi qrupunun növbəti iclası keçirilir. Toplantıda məqsəd Xəzərin hüquqi statusu üzrə mübahisəli məsələlərin həllini nəzərdə tutan deklarasiya layihəsinin hazırlanmasıdır.
Xatırladaq ki, deklarasiyanın hazırlanması barədə Xəzəryanı ölkələrin dövlət başçılarının ötən il Bakıda keçirilmiş iclasında qərar qəbul edilmişdi. İran, Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya prezidentlərinin növbəti görüşünün bu il Rusiyada keçiriləcəyi planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50