Müsavat Partiyası başqanının müşaviri Dünyaxanım Cərullayeva polisə aparılıb. Bu barədə partiyanın Səbail rayon təşkilatının sədri Hüseyn Məlik məlumat verib. Aprelin 25-də D.Cərullayevanın evinə gələn polislər onun Səbail rayon Polis İdarəsinə getməsinə təkid ediblər. H.Məlik deyir ki, D.Cərullayeva İctimai Palatanın keçirmək istədiyi 2 aprel mitinqi ilə bağlı açılan cinayət işinə görə polisə aparılıb. Səbail rayon Polis İdarəsi ilə məlumatı dəqiqləşdirmək mümkün olmayıb. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, D. Cərullayeva Səbail rayon Polis İdarəsi tərəfindən çağırılmayıb: ?Ola bilsin ki, onu 2 aprel hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupu dəvət edib?. H. Məlik isə deyir ki, hazırda Dünyaxanım Cərullayeva istintaqda ifadə verir.