KXCP Ali Məclis üzvləri və II Qurultaya nümayəndələr seçilib
Klassik Xalq Cəbhəsi Partiyasının II Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda partiyanın II Qurultayına hazırlığın vəziyyəti müzakirə edilib.
Konfraslarını keçirmiş Ordubad, Göyçay, Mingəçevir, Qaradağ, Binəqədi, Fizuli, Ağsu, Saatlı, Oğuz və Qəbələ rayon şöbələrinin yığıncaqlarında səlahiyyətli nümayəndə olaraq iştirak etmiş II Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvlərinin məlumatları dinlənib. Konfraslarda partiyanın Nizamnaməsinə uyğun olaraq rayon şöbələrinin sədrləri, Ali Məclis üzvləri və II Qurultaya nümayəndələr seçilib.
Toplantıda partiyanın 35 rayon şöbəsinin Konfransının keçirildiyi təsdiqlənmiş və II Qurultaya hazırlıqla əlaqədar işin sürətləndirilməsi qərara alınıb. Toplantıda Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağında partiyanın II Qurultayına hazırlığın vəziyyətinin daha geniş müzakirəsinin keçirilməsi qərara alınıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51