KXCP mitinqdəki zorakılığı pisləyir
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib. MIA-nın xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib:
İdarə Heyəti 17 aprel etiraz aksiyası iştirakçılarına qarşı polis zorakılığını qətiyyətlə pisləyərək həbs olunanların dərhal azad olunmasını tələb edir. İdarə Heyəti insan haqlarının qorunmasının Azərbaycanın dünyada inkişafına böyük və ciddi təsir edəcəyi qənaətindədir. KXCP hakimiyyətdən Azərbaycan müstəqilliyinin 20 illiyi münasibətilə müstəqilliyimizin bərpasına imza qoymuş şəxslərə layiq olduqları qiyməti verəcəyini güman edir və bu şəxslər sırasında olmuş Arif Hacılının həbsdən azad olunacağına inanır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51