Bu ilin 1 aprel tarixinə Dövlət Neft Fondunun vəsaitləri 25 milyard 796 milyon manat təşkil edib. Bunu keçirdiyi mətbuat konfransında deyən fondun icraçı direktoru Şahmar Mövsümov ilin əvvəli ilə müqaisədə aktivlərin 13,3 faiz artdığını bildirib. O, dünya bazarında neftin bahalaşmasının fondun gəlirlərinə müsbət təsir etdiyini də deyib. Mövsümovun sözlərinə görə, bu ilin büdcəsi planlaşdırıldıqda, neftin 1 barelinin qiyməti 60 dollardan götürülüb: ?Amma birinci rübün hesablamalarında bildik ki, bu rəqəm orta hesabla 95 dollardan çox olub. Bu da gəlirlərin icrasına müsbət təsir edib?. Fondun icracı direktoru deyib ki, hazırda dövlət büdcəsinin xərc hissəsinin artırılması barədə müzakirələr gedir: ?Bu müzakirələr nəticəsində Dövlət Neft Fondundan büdcəyə transferin artırılması gözlənilir?.