17 aprel mitinqi ilə bağlı həbs olunanların bir neçəsinə də sutka verilib. İctimai Palatadan verilən məlumata görə, AXCP sədrinin müavini Gözəl Bayramlı 5, İctimai Palatanın üzvü Vidadi İsgəndərli 15, Müsavat Partiyasının Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbas 7 və daha üç nəfər 5-6 sutka azadlıqdan məhrum edilib.