Maazlar və pensiyalar bir neçə aya artacaq
İyun ayında Milli Məclisdə dövlət büdcəsinə əlavə və dəyişikliklərin müzakirəsi gözlənilir. Bu zaman əsas müzakirə mövzüsü dövlət büdcəsindən maliyyələşən qurumlarla bağlı olacaq. Büdcəyə ediləcək dəyişikliklər nəticəsində Azərbaycanın 2011-ci ilin dövlət büdcəsinin xərclər hissəsi təqribən 1 mlrd. manata qədər artırılacaq.
Bunu YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, dəyişikliklər əsasən sosial istiqamətli olacaq: ?Vəsaitlərin böyük hissəsi maaş və pensiyaların artırılmasına yönələcək?- deyə deputat vurğulayıb.
Qeyd edək ki, prezident İlham Əliyev bir neçə gün öncə Astara rayonunun ictimaiyyəti ilə görüşdə son illərdə maaşlar və pensiyaların bir neçə dəfə qaldırıldığını xatırladaraq ?növbəti artım bir neçə aydan sonra gözlənilir? deyib
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19