YAP-çı deputat müxalifətin mitinqinə qiymət verdi
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı İctimai Palatanın bu günkü aksiya cəhdini belə qiymətləndirib: "Milçəkdən fil düzəltmək istəyənlər var".
"Azadlıq" radiosuna müsahibəsində millət vəkili bildirib ki, "Sahil" bağında mətbuatın, QHT-nın təmsilçiləri olsa da, aksiya iştirakçıları gözə dəyməyib: ?Bu, bir daha göstərir ki, Azərbaycanda, Bakıda insanlar bu cür aksiyalara mənfi münasibət göstərirlər. Bu iflasdır, radikalların iflası gözə qabağındadır. Bu dəqiqə bağda adamlar oturub dincəlir, girib-çıxır. Aksiya tərəfdarlarını mən görmədim. Mən əmin idim ki, onları görməyəcəyəm. Bu adamlar hay-küydən başqa heç nə edə bilmirlər?.
M. Qurbanlı heç kimin saxlanmadığını bildirib:
?Kimsə ictimai asayişi pozubsa, araşdırılıb, buraxılacaq. Ajiotaj yaratmaq lazım deyil. Ərazidə çoxsaylı polis deyil, azacıq polis asayişi qoruyur. Polis müşahidə aparır ki, qeyri-qanuni hərəkətlərə yol verilməsin?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51