Zakir Qaralov: "Əli Kərimlinin kimin sifarizini yerinə yetirdiyi bizə məlumdur"
?Azərbaycanda radikal müxalifət yenidən ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir". Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib. "Bu sifarişlərin haradan qaynaqlandığı bizə məlumdur. Radikal müxalifət bilməlidir ki, Azərbaycanda hüquqi-dünyəvi dövlət qurulub, bütün ictimai-siyasi prosesləri qanunlar tənzimləyir. Əgər hər hansı aksiyanın keçirilməsinə icazə verilmirsə, həmin qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq?, - deyə Zakir Qaralov vurğulayıb.
Baş prokuror 2 aprel aksiyasının təşkilatçı və iştirakçılarından 9 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib: ?Təşkilatçılar haqqında məsələyə istənilən vaxt baxıla bilər. Əli Kərimli qanuna hörmətlə yanaşmalı, gəncləri qanunsuzluğa, itaətsizliyə, zorakılığa sövq etdirməməlidir. Onun kimin sifarişini yerinə yetirdiyi bizə məlumdur?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51