Şəmsəddin Hacıyev: ?təhsil müəssisəsində siyasi fəaliyyət və siyasi aksiyalar qadağandır?
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev AzadlıqRadiosuna deyib ki, mitinqlərdə iştirak etdiyi üçün hansısa tələbənin təhsil müəssisəsindən qovulmasına inanmır. Bununla belə, o, əlavə edib ki, tələbə dərs vaxtı icazəsiz aksiyada iştirak edirsə, onun təhsil müəssisəsindən xaric edilməsi təbiidir: ?Təhsil haqqında qanunda yazılıb ki, tələbə yalnız dərsləri ilə məşğul olmalıdır. Orda bir neçə bənddə göstərilir ki, təhsil müəssisəsində siyasi fəaliyyət və siyasi aksiyalar qadağandır. Amma mən inana bilmirəm ki, tələbələr təhsil müəssisəsindən xaric edilsin?.
Ş. Hacıyev deyir ki, Azərbaycandakı tələbələrin 99 faizi indiki mitinqləri dəstəkləmir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51