Ermənistan prezidenti Serj Sarkisyan gələn ay İstanbulda keçiriləcək BMT konfransında iştiraka dəvət olunub. Mayın 9-13-də keçiriləcək konfransa İsrail və Fransa prezidentləri də dəvət alıblar. Ümumilikdə konfransda 60-dək dövlət başçısı və yüzdən artıq nazirin iştirakı gözlənilir. Xatırladaq ki, prezident Abdullah Gül bundan əvvəl yalnız İsrail prezidentinə dəvət göndərdiyini açıqlamışdı.