YAP-çılar Müsavat qarzısında aksiya keçirdi
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər birliyinin bir qrup üzvü Müsavat partiyasının qərargahı qarşısında etiraz aksiyası keçiriblər. MİA-nın xəbərinə görə, aksiya iştiraçıları son dövrlər radikal müxalifətin apardığı siyasətə qarşı etirazlarını bildirmək üçün aksiya təşkil ediblər.
100-dən artıq gəncin iştirak etdiyi aksiyada "Ar olsun İsa Qəmbərə, ar olsun Əli Kərimliyə!", "Azərbaycan gəncliyi bu insanlara yox deyir!", "Yaşasın müstəqil Azərbaycan!" və sair şüarlar səsləndiriblər. Müxalifət əleyhdarları bildiriblər ki, Azərbaycan gəncliyi artıq öz seçimini edib və bu seçim Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevdir. Aksiya iştirakçılar onu da bildiriblər ki, Azərbaycan gəncliyi ictimai-siyasi sabitliyin tərəfdarıdır.
Qeyd edək ki, aksiya hüquq-mühafizə orqanlarının nümayəndələrinin müdaxiləsindən sonra başa çatıb. Müdaxilə zamanı aqressivlik göstərən iki nəfər polis tərəfindən saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51