Bu gün axşam saatlarında Müsavat Partiyasının qərargahında İctimai Palatanın rəhbərliyi ilə ATƏT-ə daxil olan ölkələrin diplomatik korpus nümayəndələrinin, səfir və yüksək ranqlı diplomatların görüşü başlayıb. Görüşdə İctimai Palatanı Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə təmsil edirlər. Diplomatik korpus nümayəndələri isə 20-dən artıq Avropa dövlətinin təmsilçiləridir. ABŞ səfirliyinin və ATƏT-in Bakı ofisinin nümayəndələri də görüşdə iştirak edirlər. Görüş jurnalistlər üçün qapalı keçirilir. Görüşün sonunda jurnalistlər üçün açıqlama veriləcəyi gözlənilir. Bununla belə, görüşdə söhbətin Azərbaycanda yaranmış ictimai-siyasi durumdan, 2 aprel aksiyasından sonra ölkədə başlanmış repressiya dalğasından getdiyi güman olunur. Musavat.com