?AtaBank?ın sponsorluğu ilə Bakı Caz mərkəzində ?Ruhun ritmi? adlı qeyri-adi konsert keçirilib. ?Ruhun ritmi? bu vaxta qədər Azərbaycanda olmayan, caz və hip-hop kimi iki cərəyanın birləşdiyi bir layihədir. Gecənin proqramında Teymur Süleymanbəylinin rəhbərlik etdiyi qrupun, gənc və istedadlı müğənni Diana Hacıyevanın, ?R&B-soul? janrında debütünü edən müğənni Afa Abdullayevanın, bek-vokal Rəna Nəcəfinin, həmçinin digər tanınmış musiqiçilərin ifalarında məşhur əsərlərin remiksləri səslənib. İfalar arasındakı fasilələrdə ?AtaBank?dan lotereya oynanılıb.