Mərkəzi Seçki Komissiyasında (MSK) vahid seçici siyahısının dəqiqləşdirilməsi davam etdirilir. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, artıq məntəqə və dairə seçki komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, dairə seçki komissiyaları ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Hazırda MSK vahid seçicilər siyahısının ölkə üzrə dəqiqləşdirilməsini dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirir. Bu proses mayın sonuna qədər yekunlaşacaq. Bundan sonra dəqiqləşdirilmiş vahid seçici siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək.