Moldovanı bu il ?Eurovision-2011? mahnı müsabiqəsində təmsil edəcək ?Zdop Şi Zdub? qrupu Bakıdadır. Qrup üzvləri bu gün İctimai Televiziyada mətbuat nümayəndələri ilə görüşüblər. Qrup üzvləri deyiblər ki, Bakıya dünən gəliblər: ?İlk dəfədir ki, Bakıya səfər edirik. Lakin Moldovada Bakının köhnə dostları, Sovetlər İttifaqında ölkənizi ziyarət edənlər həvəslə bizdən Bakıya gəlməyimizlə bağlı suallar verirdilər. Bu gün səhər İTV-nin qonağı olduq. Türkiyə ilə telekörpünü izlədik. Yeri gəlmişkən, bu gün axşam Türkiyəyə yola düşürük?. Təmsilçilər onu da qeyd ediblər ki, Qərb üslublu mahnılarına etnik-folklor elementləri daxil ediblər: ?Almaniyalı musiqiçilərlə əməkdaşlıq edirik. Biz onlara təkliflərimizi verdik, etnik-folklor elementləri, milli kuşmamızı, musiqi alətlərimizi təqdim etdik. Nəticədə ortaya çıxdı ki, heç də pis musiqiçi deyilik?. ?Zdop Şi Zdub? qrupu bir neçə il öncə ?Eurovision? müsabiqəsində iştirak etdiklərini, 6-cı yerə layiq görüldüklərini deyib: ?Biz müsabiqədə bir neçə il öncə iştirak etmişik. Bu il qrupların iştirakı dəb olub. Biz müsabiqəyə karnaval-şou kimi baxırıq, ?Eurovision? çoxsaylı xalqların iştirak etdiyi mahnı bayramıdır?. Moldovanın təmsilçisi ?Zdop Şi Zdub? qrupu yarışmada ?So lucky? mahnısını ifa edəcək.