Dünən bir sıra kütləvi informasiya vasitələrində Ümid Partiyası sıralarından kütləvi istefaların baş verməsi ilə bağlı yalnış informasiyalar yayılıb. Partiya bununla bağlı müraciət yayıb. Miraciətdə bildirilir: ?Ümid Partiyası olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyil və partiyamıza qarşı yönələn növbəti böhtan kompaniyasının tərkib hissəsidir. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti müxalifət partiyalaının ayrı-ayrı üzvlərini müxtəlif yollarla mənsub olduqları partiyalardan uzaqlaşdırmaqla növbəti i şou kampaniyasına başlamışdır. Hətda bir neçə şəxsin mənsub olduqları siyasi təşkilatlardan müxtəlif yollarla uzaqlaşdırılması, sıralarında on minlərlə üzvü birləşdirən partiya üçün kütləvi istefalar demək deyildir?. Ümid Partiyası olaraq, Azərbaycan hakimiyyətini qanunların aliliyinə,insanların siyasi baxışlarına və mənsubiyyətinə hörmətlə yanaşmağa çağırır, ölkəmizdə hiquqi dövlət və ədalətli cəmiyyət quruculuğu istiqamətində demokratik dəyişikliklər istəyən hər bir vətəndaşımızı sıralarımızıa qoşulmağa dəvət edirik.