?İslamçı demokratlar İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqdə xeyli aksiyaçının tutulmasını pisləyir?. Bu fikri AİDP sədri hacı Tahir Abbaslı deyib. T.Abbslı bildirib ki, onlar İctimai Palatının yürütdüyü siyasətə, onların keçirdiyi mitinqə dəstək verməyiblər: ?Biz bunu əvvəldən bəyan etmişdik. Amma bununla belə aksiyaçıların həbsini fikir azadlığına müdaxilə hesab edirik. Hər bir təşkilatın sərbəst şəkildə toplaşaraq öz fikrini ifadə etməyə haqqı var və bu hakimiyyət tərəfindən təmin olunmalıdır. Əks təqdirdə fikir azadığına müdaxilə hesab olunacaq?. AİDP sədri deyib ki, iqtidar müxalifətin aksiyalarına müdaxilə etməklə səhvə yol verir: ?Biz hesab eldirik ki, iqtidar əksinə söz və fikir azadlığına tam şərait yaratmalıdır. Bu indiki zamanda iqtidarın xeyrinə olar. Əgər hakimiyyət Afrika ölkələrində baş verənlərdən nəticə çıxararaq rüşvətə qarşı mübarizəyə başlayıbsa, demokratik proseslərə də yol açmalıdır?. AİDP sədri həbs olunanaların tezliklə azadlığa buraxılmasını da tələb edib.