Bu gün İctimai Palata Fəvvarələr meydanında aksiya keçirilməsinə cəhd edib. Bir neçə gün öncədən İctimai Palatanın Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətində aksiyanın ?Nərimanov? kinoteatrının qarşısında keçirilməsi istənilsə də, Konstitusiyanın, ?Sərbəst Toplaşmaq haqqında? qanunun müvafiq maddələri pozulmuş və aksiyaya icazə verilməyib. Şəhər rəhbərliyi aksiya təşkilatçılarına Səbail rayonundakı ?20-ci sahə?də sürücülük məktəbinin həyətini təklif edib, ancaq təşkilatçılar mərkəzi küçələrdən birində aksiya keçirmək tələblərində israrlı olublar. Bu gün isə hüquq mühafizə orqanları dinc aksiyaya imkan verməyib və bir neçə aksiya iştirakçısı həbs olunub. Ümid Partiyası olaraq aksiyanın dağıdılmasını və fəalların həbsini konsitusiyanın tələblərinin pozulması kimi qiymətləndirir, hakimiyyətdən ?Siyasi partiyalar haqqında? və ?Sərbəst toplaşmaq haqqında? qanunların təmin edilməsini və həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edirik.