AXCP sədri Əli Kərimlinin evi qarşısında növbəti dəfə aksiya keçirilib. Partiyanın mətbuat xidmətindən bildiriblər ki, 50-60 nəfər hakimiyyətyönlü gənc Ə. Kərimlinin evinin qarşısında aksiya keçirib. Polis sonradan əraziyə gəlib və aksiya müdaxilə olmadan dağılıb. Martın 31-də də əksəriyyəti gənclər olan 50-yə yaxın adam AXCP sədrinin evinin qarşısında aksiya keçirmişdi. Əllərində ?Əli Kərimli + radikal islamçılar = xaos? və s. plakatlar tutan gənclər AXCP sədri əleyhinə şüarlar səsləndirmişdilər.