Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün saat 17 üçün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Bu barədə Müsavat başqanına Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin rəisi məlumat verib. O. partiya qərargahına gələrək İsa Qəmbərə bildirib ki, saat 17-də BŞBPİ rəhbərliyi və şəhər prokuroru onunla görüşəcək. Müvafiq dəvət haqqında musavat.com-a məlumat verən Müsavat başqanının müavini Tofiq Yaqublunun sözlərinə görə, İ.Qəmbərin BŞBPİ-yə dəvət edilməsi aprelin 2-nə təyin edilmiş kütləvi aksiya ilə bağlıdır.