Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi müzakirə olunacaq. Milli Məclisin yaz sessiyasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu barədə YAP-ın rəsmi saytına parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə məlumat verib. A.Mirzəzadə bildirib ki, qanun layihəsi Milli Məclisin iş planına daxil edilib. Onun sözlərinə görə, sənəd komitədə müzakirəyə çıxarılandan sonra onun detalları barədə ictimaiyyətə məlumat veriləcək.