Saxlama müddəti ötmüz 220 kq ərzaq malları satızdan çıxarılıb
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Səbail rayonunda Azərbaycan prospekti, ev 29 ünvanında yerləşən ?24 saat market?də, Q.Abbasov küçəsi, 56 ünvanındakı ?Real market?də, Nəsimi rayonunda B.Səfəroğlu küçəsi, ev 163, mənzil 4 ünvanında yerləşən ?Uğur market?də, Yasamal rayonunda Şərifzadə küçəsi, ev 31, mənzil 46 ünvanında Nizami Hüseynova məxsus mağazada, Həsənbəy Zərdabi prospekti, ev 49 ünvanındakı ?Nail market?də, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, 26 ünvanında yerləşən ?Elməddin 94 market?də, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədəki ?Maşallah market?də, Gəncə şəhərində H.Əliyev prospektində yerləşən ?Eldorado market?də, Şəmkir rayonunda Bazar daxilində yerləşən Eynur Məmmədova məxsus mağazada, Şəki rayonunda M.Rəsulzadə küçəsindəki ?Düfü? və ?Nur? mağazalarında, ümumi çəkisi 220 kiloqramdan artıq olan saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19