Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) yetkililəri polis tərəfindən saxlanılıb. Bu barədə MİA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, KXCP-nin Ağsu rayon şöbəsinin sədri, 2010-cu il seçkilərində qeydə alınmış deputatlığa namizəd Yaqub Babalı və Samux rayon şöbəsinin sədri, 2010-cu il seçkilərində deputatlığa irəli sürülmüş namizəd Tahir Abdullayev bu gün - 31mart 2011-ci il tarixdə 02 aprel mitinqi ərəfəsi evlərindən rayon polis idarələrinə aparılıblar.