BAXCP zəhid olan hərbçilərimizin dəfn mərasimi haqqında qanun layihəsi hazırlayır
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın icra strukturlarına hərbi qulluqçuların dəfn mərasimi haqqında qanun layihəsi hazırlamaq barədə müvafiq göstəriş verib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə partiya sədrinin müavini Elçin Mirzəbəyli, İdarə Heyətinin katibi Yeganə Dilbazi və hüquq şöbəsinin müdiri Rasim Almuradovun iştirakı ilə işçi qrupu yaradılıb. Artıq qanun layihəsi üzərində işə başlanılıb. İşçi qrupu beynəlxalq təcrübədən yararlanaraq, qısa müddət ərzində qanun layihəsini hazırlayıb, BAXCP İdarə Heyətinin müzakirəsinə təqdim edəcək. İdarə Heyətinin müvafiq qərarından sonra isə sənəd Azərbaycan Respublikasının Milli Məclisinə və kütləvi informasiya vasitələrinə təqdim olunacaq.
Qeyd edək ki, qanun layihəsinin hazırlanmasının başlıca səbəbi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində dəfn mərasimlərinin təşkili ilə əlaqədar mövcud olan problemlərin qanunvericilik yolu ilə aradan qaldırılmasıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51