Milli Məclisin deputatları sabah Türkiyənin İqdır şəhərinə səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən verilən xəbərə görə, millət vəkilləri Qənirə Paşayeva, Fəttah Heydərov, Azay Quliyev, Musa Qasımlı və Fazil Mustafa Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ?Azərbaycanlıların soyqırımı günü?nə həsr edilmiş konfransda iştirak edəcəklər. Konfransda Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, azərbaycanlıların soyqırımı siyasətinə məruz qalması və ermənilərin əsassız iddiaları barədə fikir mübadiləsi aparılacaq, bu məsələ ilə əlaqədar tarixi faktlar geniş ictimaiyyətin diqqətinə çatdırılacaq. Tədbirdə türkiyəli deputatların iştirakı da nəzərdə tutulub.