Türkiyə, Moldova, Maltanın ?Eurovision-2011? təmsilçiləri Bakıya gəlir
Türkiyə, Moldova və Maltanın ?Eurovision-2011? Mahnı Müsabiqəsindəki təmsilçilər promo tur çərçivəsində Azərbaycana gələcəklər. İctimai Televiziyanın rəsmi saytının yaydığı məlumata görə, ilk olaraq Bakıya Türkiyə təmsilçisi - ?Yüksek Sadakat? qrupu aprelin 4-də Bakıya səfər edəcək.
Bundan başqa, Almaniyanın Düsseldorf şəhərində keçiriləcək ?Eurovision-2011? Mahnı Müsabiqəsində Moldova adından çıxış edəcək ?Zdob şi Zdub? qrupu aprelin 6-da Bakıda olacaq. Malta təmsilçisi Glen Vella isə promo tur çərçivəsində aprelin 10-dan sonra Azərbaycana gələcək.
"Eurovision" yarışmasının iştirakçıları Bakıda olduqları müddətdə İctimai Televiziya proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, Türkiyə ?Eurovision-2011? Mahnı Müsabiqəsinin mayın 10-da keçiriləcək birinci yarımfinal mərhələsində çıxış edəcək. ?Yüksek Sadakat? qrupu müsabiqədə ?Live it Up? mahnısı ilə təmsil olunur. Birinci yarımfinalda iştirak edən Malta nümayəndəsi Glen Vella ?One Life?, mayın 12-də keçiriləcək ikinci yarımfinal mərhələsində çıxış edəcək Moldova təmsilçisi ?Zdop Şi Zdub? qrupu isə yarışmada ?So lucky? mahnısını ifa edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47