Türkiyə Prezidenti Abdullah Gül Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin təsdiq edilməsi barədə qanun imzalayıb. Müqavilə iki ölkə arasında geniş miqyaslı, hərtərəfli əməkdaşlığın inkişafını təsdiq edir, Türkiyə və Azərbaycan xalqı arasında tarixən yaranmış sıx əlaqələri əks etdirir. Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gül avqustun 16-da İstanbulda imzalayıb.