Silahlı hücum nəticəsində başından yaralanan türkiyəli müğənni İbrahim Tatlısəs reanimasiyadan çıxarılıb. Həkimlər müğənninin vəziyyəti ilə bağlı açıqlama veriblər və sənətçinin həyatı üçün risk qalmadığını bildiriblər. Onların sözlərinə görə, antibiotik müalicəsi daha 2 həftə davam edəcək. Sənətçinin çox kiçik addımlarla gəzdirildiyi bildirilib.