Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda yeni seçilən rayon təşkilatı sədrlərinin Məclis üzvü səlahiyyətləri təsdiq olunub. Sonra partiyanın növbəti qurultayına hazırlığın gedişi haqqında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı dinlənilib. Məclis Gülağa Aslanlını Müsavat Partiyası başqanının müavini vəzifəsinə təsdiq edib. Sonda cari məsələlərə baxılıb.