ALP və VİP ?Azadlıq? qəzetinin əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həziyevin oğurlanaraq döyülməsini iqtidara yaxın çevrələr tərəfindən törədildiyini hesab edir. MİA-nın məlumatına görə bu fikirlər ALP və VİP-in jurnalistin zoraklığa qalması ilə bağlı verdiyi bəyanatında yer alıb. Partiyalar baş verən hadisənin Azərbaycan Konstitusiyasına, qanunlarına, imicinə hörmətsizlik hesab edir və iqtidardan bu cinayəti törədənlərin tapılmasını, onların cəzalandırılmalarını tələb edir.