Aydınlar Partiyası jurnalistə qarzı zorakılığı pisləyir
Aydınlar Partiyası ?Azadlıq? qəzetinin əməkdaşı Seymur Həziyevə zorakılığa məruz qalması ilə bağlı bəyanat verib. MİA-ya daxil olan bəyanatda S.Həziyevə qarşı zorakılığı pisləyib.
Bəyanatda bildirilir ki, ?Azadlıq? qəzetinin müxbiri Seymur Həziyevə qarşı cinayət hadisəsi baş verib: ?O, oğurlanaraq, döyülüb, ləyaqətsiz rəftara məruz qalıb. Bu hadisənin kəskin tənqidi və analitik yazıları ilə tanınan müəllifə qarşı törədilməsi Azərbaycanda yenidən azad düşüncəyə qarşı repressiyaların şiddətləndiyindən xəbər verir. Jurnalistlər qarşı fiziki zorakılıqlar bir başa söz azadlığına qəsddir, daxili senzuranın güclənməsinə, danışan dillərin susdurulmasına hesablanan düşünülmüş administrativ plandır. Aydınlar Partiyası Azərbaycan hakimiyyətini azad və fərqli düşüncəyə, qarşı münasibətini dərhal dəyişmətəyi tələb edir. İnsanlarla, jurnalistlərlə kriminal davranış dayandırmalı, söz və fikir azadlığına əməl olunmalıdır. Seymur Həziyevə qarşı törədilən cinayət hərəkətini ciddi araşdırılmalı və bu olaya obyektiv hüquqi qiymət verilməlidir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51