Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) 2011-ci ilin fevral ayında Türkiyə aid olan və yeni qurulan şirkətlərin statistikasını açıqlayıb. Bəlli olub ki, təkcə fevral ayında yerli və xarici iş adamlarının Türkiyədə qurduğu şirkətlərin sayı 5 mini ötüb. ?SNN Türk?ün xəbərinə görə, qurulan 5 min şirkət və kooperativin 36,24 faizi İstanbul, 11,46 faizi Ankara, 5,90 faizi isə İzmir kimi iri şəhərlərin payına düşüb: ?Bu şirkətlərin 299-u xarici sərmayəli şirkətlərdir. Həmin şirkətlərin 95-i İran, 61-i Almaniya, 35-i Azərbaycan,18-i isə Rusiya Federasiyası vətəndaşlarının ortaqlığı ilə qurulub?. Maraqlıdır ki, telekanal həmin şirkətlərlə bağlı müfəssəl məlumat verməyib. O üzdən də Türkiyədə təkcə fevral ayında iri şirkət quran vətəndaşlarımızın adları və şirkətlərinin profilləri ilə bağlı məlumat verə bilmirik.