10 gün əvvəl Maslakda silahlı hücuma məruz qalaraq təcili əməliyyat olunan və hələ də müalicəsi davam etdirilən İbrahim Tatlısəsin ikinci əməliyyat tarixi bəlli olub. Məşhur müğənni növbəti dəfə aprelin 5-də əməliyyat olunacaq. Qeyd edək ki, Tatlisəs sui-qəsddən 1 saat sonra cərrahiyyə əməliyyatına məruz qalmışdı. 4,5 saat davam edən əməliyyat zamanı onun parçalanmış kəllə sümükləri beynindəki şişin keçməsi üçün qarın boşluğuna yerləşdirilmişdi. Cərrahlar 8 saat davam edəcək əməliyyat zamanı Tatlisəsin qarın boşluğundakı kəllə sümüklərini yenidən onun başına yerləşdirəcəklər.