6 il əvvəl ATV telekanalında yayımlanan ?Yeni ulduz-2? müsabiqəsinin yarımfinalına çıxandan sonra müəyyən dərəcədə tanınan gənc müğənni Lamiyə, nədənsə, gözlənilmədən səhnədən itmişdi. Uzun sürən fasilədən sonra, o, mətbuat nümayəndələrini başına toplayaraq, onlara sözləri Ramiz Rövşənə, musiqisi Elçin İmanova məxsus ?Bilirəm, gələn deyilsən? adlı mahnıya çəkdirdiyi klipini təqdim etdi. Latviya rejissoru Qerri Pavlov tərəfindən çəkilən klipdə süjet xətti deyil, Lamiyənin yaşadığı hisslər diqqət mərkəzinə çəkilib. Tədbir iştirakçıları tərəfindən müsbət qarşılanan bu klipdən sonra, Lamiyənin bəstəkar Elçin İmanovla işbirliyini davam etdirəcəyi də bəlli oldu. Tədbirdə iştirak edən tanınmış şair Vahid Əziz və müğənninin müəllimi, xalq artisti Mənsum İbrahimov da ona öz xeyir-dualarını verdilər. Elşad ÜMİD