Liviyanın bəlası Qəddafi atəzkəs elan etdi
Liviya lideri Müəmmar Qəddafi geri addım atıb. Bu bəyanatla Liviyanın xarici işlər naziri çıxış edib. O, ölkədə təcili atəşkəs çağırışı elan etdiklərini bildirib. Liviyadakı hərbi əməliyyatlar da dayandırılıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Liviya səmasında qadağan olunmuş uçuş zonası və mülki vətəndaşların müdafiəsi üçün bütün zəruri tədbirləri nəzərdə tutan 1973 saylı Qətnamə qəbul edib. Daha sonra NATO Liviyaya qarşı havadan beynəlxalq hərbi əməliyyatlarda iştirak etməyə hazır olduğunu bəyan etmişdi. Bu barədə NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku bəyanat vermişdi.
Bir çox kütləvi informasiya vasitələri Liviyaya qarşı beynəlxalq hərbi əməliyyatların ən yaxın vaxtda başlaya biləcəyini xəbər verirdi. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Danimarka və Norveç də Liviyaya qarşı planlaşdırılan əməliyyatda iştirak etməyə hazır olduqlarını açıqlamışdılar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50