Fransa Liviyaya hərbi müdaxilə qərarı verdi
Fransa bir neçə saat ərzində Liviyada hərbi əməliyyata başlamaq niyyətindədir. Bu açıqlamanı Fransa hökumətinin təmsilçisi Fransua Baruana verib. Qeyd edək ki, əməliyyatın xarakteri haqda heç bir məlumat verilmir. Lakin bir qədər öncə AFP Fransa diplomatik dairələrinə istinadən yazmışdı ki, söhbət Liviyaya aviazərbələrin edirilməsindən gedir.
Xatırladaq ki, bu gecə BMT Təhlükəsizlik Şurası Liviyada dərhal atəşkəsin elan edilməsi haqda qətnamə qəbul edib. Bu sənəd özündə dinc əhaliyə qarşı zorakılığın qarşısını almaq üçün, yerdə əməliyyatlar aparmaq istina olmaqla, istənilən tədbirlərin tətbiq edilməsini nəzərdə tutur.
Öz növbəsində Qəddafi tərəfdarları bəyan ediblər ki, BMT-nin qəbul etdiyi qətnamə ölkənin vahidliyinə təhdid hesab edilir. Onlar hesab edirlər ki, bu sənəd liviyalıları bir-birini öldürməyə təhrik edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50