Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi Bakı şəhər təşkilatlarının fəalları ilə geniş toplantı keçirəcək. AMİP mətbuat xidmətindən verilən məlumata görə, qərar AMİP Siyasi Şurasının iclasında qəbul olunub. Siyasi Şura AMİP-in İctimai Palatanın aprelin 2-nə təyin etdiyi etiraz aksiyasında iştirakını məqsədəuyğun sayaraq partiyanın strukturlarına hazırlıq işlərini sürətləndirməyi tapşırıb. Qərara alınıb ki, aksiyanın kütləviliyini təmin etmək üçün AMİP Bakı şəhər təşkilatlarının fəalları ilə geniş toplantı keçirilsin və əhali arasında təbliğat işi gücləndirilsin.