II Beynəlxalq Muğam Festivalı çərçivəsində dünən Bakı Caz Mərkəzində ?Caz musiqisi axşamı? adlı konsert olub. Konsertdə səhnəni pianoda Salman Qənbərov, kamançada isə Fəxrəddin Dadaşov bölüşüb. Musiqiçilərin ifa etdikləri kompozisiyalar tamaşaçıların böyük marağına səbəb olub. Daha sonra caz və muğam sədaları altında tamaşaçılara rejissor Mikayıl Mikayılovun 1930-cu ildə çəkdiyi ?Üz-üzə? səssiz bədii filmi nümayiş etdirilib. Qeyd edək ki, Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə ?Muğam aləmi? II Beynəlxalq muğam festivalı keçirilir. 14 martda start verilən festival 21 martadək davam edəcək.