ALDP müxalifətin 2 aprel aksiyasına qatılacaq
Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının növbəti iclası keçirilib. MİA-nın xəbərinə görə, ilasda ölkədəki ictimai-siyasi durum, müxalifətin aprelin 2-ə planlaşdırdığı kütləvi aksiyaları və cari məsələlər müzakirə olunub.
ALDP sədri Fuad Əliyev hökümət tərəfindən yumurta inhisarçılarının
nəzərətə alınması və onun nəticəsi olaraq qiymətinin aşağı salınmasının
təqdirəlayiq addım hesab edib. Fuad Əliyev həmçinin vətəndaşların
sosial problemlərin mövcud olduğunu bildirərək, qeyd edib ki, hökumət
yalnız yumurtanın qiymətini aşağı salınmağla kifayətlənməməlidir.
Acınacaqlı haldır ki, ərzaqların qiymətləri yüksək olaraq galır, hətta
bəzilərinin qiymətləri gündən-günə bahalaşır. Bu bir daha onu göstərir
ki, iqtidar korrupsiya ilə mübarizədə səmimi deyil. Qiymətlərin qalxması
xalqa baha başa gəlsə də, məmurlar süni qiymət artımı ilə öz
kapitallarını artırırlar. Respublikamıza idxal olunan bütün malların
məmurların inhisarından çıxarılmağın vaxtı çoxdan çatıb.
İclasda İctimai Palatanın aprelin 2-sinə planlaşdırdığı aksiyada ALDP üzvlərinin iştirakı müzakirə olunub. Müzakirələrdən sonra İctimai Palatanın
keçirəcəyi aksiyada ALDP üzvlərin iştirakı təsdiqlənib. ALDP sədri Fuad
Əliyev ALDP sədr müavini Vahid Nəzərova aksiyada iştirak etmək üçün
təşkilatı məsələlərlə bağlı tapşırıq verib.
ALDP iqtidara müraciət qəbul edib. Müraciətdə planlaşdırılan aksiyada
mövcud qanunlara uyğun olaraq insanların sərbəst şəkildə toplaşmalarına
şərait yaradılmasını və onların aksiyalarına müdaxilə olunmaması tələb
edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51