Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov ilə görüşüb. Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, insan hüquqları və demokratiyanın vəziyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Azərbaycanla Bolqarıstan arasındakı münasibətlərin bugünkü səviyyəsi və inkişaf perspektivləri, eləcə də Azərbaycanın Avropaya inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Bolqarıstan səfirliyinin əməkdaşları A. Markov və P. Angelov da iştirak edib.