Novruz bayramı ilə bağlı tədbirlər Türkiyənin ?TRT AVAZ? telekanalında göstəriləcək
Türk dünyasının ortaq bayramı olan Novruz Türkiyənin ?TRT AVAZ? və ?TRT?-nin Bakı nümayəndəliyinin telekanallarında göstəriləcək. Bu barədə Türkiyənin Bakıdakı səfirliyi məlumat yayıb.
?TRT?-nin Bakıdakı təmsilçisi Yüksəl Dəyərcan bildirmişdir ki, ?Qafqazdan əsən yellər? proqramı üçün hazırlanan 30 dəqiqəlik ?Son çərşənbə? və Nailə Əkbərovanın ?Bakıda Novruz bayramı? verilişləri ?TRT AVAZ? kanalında yayımlanacaqdır.
?TRT AVAZ? telekanalı vasitəsilə martın 21-də Novruz bayramı bütün türkdilli dövlətlərdən, o cümlədən Bakıdan canlı yayımlanacaqdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47