Bu gün ?Fəvvarələr meydanı?nda keçirilən icazəsiz etiraz aksiyası zamanı Müsavat Partiyasının polis tərəfindən saxlanılmış 64 üzvündən 44 nəfəri sərbəst buraxılıb. Müsavat Partiyasından verilən məlumata görə, saxlanılan şəxslərdən 14 nəfəri polis bölmələrinə aparılmadan yolda, 30 nəfəri bölməyə aparıldıqdan sonra buraxılıb. 20 nəfərin işi isə məhkəməyə göndərilib. Sərbəst buraxılanlar arasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı da var.