ADP-çi gənclərə 7 sutka həbs verildi
Dünən ?11 mart Böyük Xalq Günü? aksiyasında iştirak edən ADP-çi gənclərdən 7 nəfəri saxlanılmışdı. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Bunlar Cəmil Hacızadə, Daşqın Nuriyev, Kamal Hüseynov, Orxan Hüseynov, Emin Fərhadi, Ramal Əsgərov və Fuad Hacıyevdir.
Saxlanılan ADP-çilər dünən gecə saatlarına kimi müxtəlif polis bölmələrində saxlanılmış, onlara qarşı təqib və təzyiqlər edilib. Saxlanılan ADP-çilər saxlanma zamanı polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalaraq müxtəlif bədən xəsarətləri alıblar. ADP-çi xanım Şəhla Haciyev də aksiya zamanı polislərin zorakılığı ilə üzləşib. ADP-çi gənc Osman Əhmədov da xəsarət alanlar sırasındadır.
Gecə saatlarında ADP Gənclər Təşkilatının sədr müavini Kamal Hüseynov Səbail Rayon Məhkəməsi tərəfindən, ADP Nizami RT-nın Gənclər Təşkilatının sədri Orxan Hüseynov isə Nəsimi Rayon Məhkəməsi tərəfindən saxta və qondarma ittiham əsasında 7 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum ediliblər. Həbs olunan gənclər hazırda Binəqədidə yerləşən Müvəqqəti Saxlama Təcridxanasında saxlanılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51