AMiP gənc fəalların həbsini və zorakılığı pisləyir
Bu gün bir qrup gəncin polislər tərəfindən saxlanılması, eləcə də, siyası mənsubiyyətləri olmayan gənc fəalların qanunsuz həbsləri Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən də kəskin etiraz və hiddətlə qarşılanıb.
Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda bildirilir ki, AMİP son dövrlər müstəqil gənclərin ölkədə gedən proseslərdə aktiv iştirakını, Azərbaycanın demokratik və parlaq gələcəyi uğrunda verdiyi mücadiləni yüksək qiymətləndirməklə yanaşı, hesab edir ki, hakimiyyətin əl atdığı bütün zorakılığa, repressiyalara, təqiblərə və kütləvi həbslərə baxmayaraq əsaslı dəyişıkliklərə gedən yolun qarşısı alınmazdır.
Partiya hakimiyyətdən vətəndaşların sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, Konstitusiyada təsbit olunan hüquqlarının tanınmasını, həmçinin, hamılıqla qəbul olunmuş normalara əməl etməyi tələb edir.
AMİP həmçinin gənc fəalların həbsini, həyata keçirilən zorakılıq hallarını pisləyərək, tezliklə repressiyalara, təqib və təzyiqlərə son qoymağa, habelə, tutulanların dərhal azadlığa buraxılmasını qətiyyətlə tələb edir.
Partiya bir daha gənc fəalların bu təşəbbüslərini dəstəklədiyini bəyan edərək, onların başlatdıqları mübarizənin uğurlu sonuncla başa çatacağına ümidlə yanaşır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51