AXCP sədrinin müzaviri Şəkidə həbs olunub
AXCP sədrinin müşaviri AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimov Şəkidə həbs olunub. Şəhər polis idarəsinin əməkdaşları Sahib Kərimova yaxınlaşaraq onlarla getməyini istəyiblər.
AXCP sədrinin müşaviri bunun səbəbini soruşduqda polislər ?rəis tapşırıb, səninlə görüşmək istəyir? deyərək Sahib Kərimovu zorla polis maşına otuzduraraq şöbəyə aparıblar.
Sahib Kərimovun həbsinə etiraz edən Şəki cəbhəçiləri şəhər polis idarəsinin qarşısına toplaşıb. AXCP üzvlərinin sözlərinə görə, Sahib Kərimovu polis idarəsinin Niyazi adlı rəis müavini həsb edib. İdarədən isə Şəki cəbhəçilərinə bildirilib ki, Sahib Kərimov bölmədə yoxdur. Bundan narahat olan müxalifət təmsilçiləri Sahib Kərimovun harada olması haqda dəqiq məlumat əldə etmək istəyir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51