ümid Partiyası bəyanat verdi
Martın 7-də MDİ Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Ədliyyə Nazirliyinə çağırılıb və ona ofisi bağlaması barədə xəbərdarlıq məktubu təqdim olunub.
Məktubda Azərbaycan qanunvericiliyinin beynəlxalq təşkilatların ölkədə qeydiyyatsız fəaliyyətinə imkan vermədiyi bildirilir və Milli Demokratiya İnstitutundan fəaliyyəti dayandırmaları tələb olunur. Milli Demokratiya İnstitutu son beş ildə bir neçə dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib və hər dəfə rədd cavabı alıb. Eyni bəhanə ilə Norveç İnsan Hüquqları evinin də bağlanacağı bildirilib. Qeyd edək ki, qeydiyyat probleminin ortaya çıxması bir il öncə Beynəlxalq Respublikaçılar İnstitutunun Bakıdakı ofisinin qapadılması ilə nəticələnmişdi.
Ümid Partiyası bəyan edir ki, beynəlxalq təşkilatların fəlaiyyətlərinə qoyulan maneə ölkənin siyasi-ictimai həyatında mənfi rol oynayacaq, demokratikləşmə, qərbə inteqrasiya kimi önəmli proseslərin inkişafına ciddi zərbə vuracaq. Buna görə də müvafiq icra strukturlarından tələb edirik ki, MDİ, BRİ kimi əhəmiyyətli qurumların qeydiyyatı məsələsinə ən qəsa zamanda baxılsın və beynəlxalq təşkilatların fəlaiyyətinə qoyulan süni maneə ən qısa zamanda aradan qaldırılsın.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51